Nazirliyin yoxlama səlahiyyəti ləğv edildi
Bizi izləyin

Qırmızı.az

Nazirliyin yoxlama səlahiyyəti ləğv edildi

İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlıq subyektlərində yoxlamalarla bağlı müstəsna səlahiyyəti ləğv edilib.

Trend-in məlumatına görə, “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə əsasən indiyə qədər vergi orqanları istisna olmaqla, digər dövlət orqanları tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada sahibkarlıq subyektlərində aparılan yoxlamalarda iştirak edən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsi haqda “Nəzarət kitabçası”nda müvafiq qeydlər edilib.

İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə keçirilən yoxlamalarda eyni qüvvəyə malik üçüncü nüsxə tərtib olunub və nümayəndəyə təqdim edilib. Nazirlər Kabineti tərəfindən “Nəzarət kitabçası” haqqında Əsasnamə”yə edilən dəyişikliyə əsasən Əsasnamədəki bu müddəalar ləğv edilib. Başqa sözlə, vergi orqanları istisna olmaqla, sahibkarlıq orqanlarında digər dövlət orqanları yoxlama apararkən bu yoxlamalarda İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin də mütləq iştirak etməli olması barədə tələb qüvvədən düşüb.

Müvafiq olaraq Nazirlər Kabineti “Atçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası” və “Arıçılıq sahəsində dövlət nəzarətinin həyata keçirilməsi Qaydası”nda da dəyişiklik edib. İndiyə qədər atçılıq sahəsində dövlət nəzarəti Kənd Təsərrüfatı Nazirliyi tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilsə də, atçılıq təsərrüfatında araşdırmalar, yoxlamalar yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılıb. Dəyişikliyə əsasən İqtisadiyyat və Sənaye Nazirliyinin bu sahədə səlahiyyəti ləğv edilib və atçılıq təsərrüfatında araşdırmalar, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı olmadan aparılacaq. Arıçılıq təsərrüfatlarında yoxlamalar və araşdırmaların yalnız İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə həyata keçirilməsini əks etdirən müddəa da ləğv olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm