Qırmızı.az
Bakıda yollar təmizlənib - FOTO
Azərbaycanda qarlı hava şəraitinin yollarda səbəb olduğu fəsadların aradan qaldırılması üçün bütün zəruri texnika səfərbər olunub. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin tabeliyində olan avtomobil yolları, körpülər və yol qurğularında gün ərzində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə bütün texnikalar dünən axşam saatlarından başlayaraq təmizlik işlərinin aparılmasına cəlb edilib.
ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Publika.az-a açıqlamasında bildirib ki, 24 saat növbətçilik sistemi ilə Bakının və ölkənin digər yolları qardan təmizlənir. Bu işlər gecə boyunca aparılıb və hazırda yollarda avtomobillərin hərəkəti üçün problem yoxdur. Onun sözlərinə görə, əsasən enişli-yoxuşlu yollar qardan təmizlənir.
Hazırda respublikanın əsas magistral yolları, həmçinin paytaxt
Bakının əsas yolları qardan təmizlənib və nəqliyyatın hərəkəti
təmin edilib.
Respublikanın bütün rayonlarında əsas yolların təmizlənməsi üçün
tədbirlər davam etdirilir. Əldə etdiyimiz məlumata görə, axşamdan
başlayan təmizlik işləri günün sonunadək davam edəcək.
Qeyd edək ki, Azərbaycan sinoptiklərinin proqnozuna görə, ölkədə
qarlı, şaxtalı hava şəraiti fevralın 23-nə kimi davam edəcək.
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI