AMEA-da akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi təşkil edildi
Bizi izləyin

Qırmızı.az

AMEA-da akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi təşkil edildi

AMEA Mərkəzi Elmi Kitabxanasında Akademik Arif Paşayevin 80 illik yubileyi münasibətilə sərgi təşkil edilib.

Azərbaycanın görkəmli alimi, ictimai xadim, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professor, akademik Arif Paşayevin 80 illik yubileyi münasibəti ilə AMEA Mərkəzi Elmi Kitabxanasında görkəmli alimin əsərlərindən, fotolarından ibarət sərgi təşkil edilmişdir.

Bu barədə Publika.Az-a AMEA-dan məlumat verilib.

Sərgidə akademik Arif Paşayevin elmi-pedaqoji və ictimai fəaliyyətinin əsas tarixləri, elmi, elmi-təşkilati və pedoqoji fəaliyyəti haqqında qısa oçerk, elmi rəhbəri və elmi məsləhətçisi olduğu dissertasiyaların daxil olduğu və Mərkəzi Elmi Kitabxananın hazırladığı “Biblioqrafiya”, həmmüəllifi olduğu “Radiaktiv və kosmik şüalar”, “Bərk cisimlər fizikası”, “Aeronaviqasiyada kartoqrafik proyeksiyalar”, Aviasiya elektron sistemlərinin element və qurğularına aid “Elektronikanın əsasları”, “Antena-Fider qurğularının hesabatı və layihələndirilməsi” və s. kitabları nümayiş etdirilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm