Lamiyənin nişanlısı: “Qaçmağıma şərait yaratdılar”
Bizi izləyin

Qırmızı.az

Lamiyənin nişanlısı: “Qaçmağıma şərait yaratdılar”

Həbsdə ana olan Lamiyə Quliyevanın azadlığa çıxması keçmiş nişanlısının işini də aktuallaşdırıb.

Axar.az xəbər verir ki, Qobustan qapalı həbsxanasında ömürlük həbs həyatı yaşayan Vüqar Əliyevin Prezidentə əfv ərizəsi ilə müraciəti ailəsini ümidləndirib. Vəkili Adəm Məmmədovla əlaqə saxlayan ömürlük məhkum başına gələnləri danışıb.

A.Məmmədov müvəkkilinə qarşı son təxribatın sensasion təfərrüatını musavat.com-a açıqlayıb. Vəkil V.Əliyevin ona nələr danışdığını dilindən söyləyib:

“İstintaq altında olanda Aslan Aslanovun sifarişi ilə güllələnməyimə cəhd edilib. 2 dəfə qaçmağım üçün şərait yaradılıb. 1-ci dəfə Bayıl təcridxanasından Gəncə təcridxanasına aparılanda buna cəhd etdilər. O vaxt Bayıldan çıxarkən bir zabit mənə dedi: “Çox ehtiyatlı ol! İlk dəfədir şahidiyəm ki, məhkum daşımaq üçün qatar sırf bir nəfər dustaq üçün gəlib”.

Yəni həmin qatarı tək mənim üçün göndərmişdilər ki, vurub öldürsələr, kimsə şahidlik edə bilməsin. Qatarda olan dustaqlar ayağa qalxıb aranı qatmasın. Zabitin etdiyi xəbərdarlığı mən elə dustaqların daşınması üçün xüsusi maşından düşən kimi hiss etdim. Yanıma bir əsgər qoşaraq qatara minməyim tapşırığı verildi. Əsgər çəlimsiz, xarici görünüşcə çox zəif idi. Ən əsası isə əlində silahı da yox idi”.

Vəkil Vüqarın sözlərini əlavə edib:

“Tutulduğum gündən əllərimdə qandal olub. Həmin gün qollarıma qandal da vurmadılar. Zabitin dedikləri təsdiqləndi. Məqsədlərini dərhal başa düşdüm. İstəyirdilər ki, fiziki cəhətdən məndən zəif olan əsgəri vurum yıxım və qaçım. Qatarla avtomobilin arası 100-150 metr olardı.

Halbuki təhlükəsizlik baxımından dustaq daşıyan maşınla qatar arasında məsafə 1, maksimum 2 metr olmalıdır. Əsgərə sual verdim: “Bilirsənmi mən kiməm?” Dedi, xeyr!

“Mən Aslan Aslanovun oğlunun qətli ilə həbsə alınmış Vüqaram. Bu şəxslər məni güllələmək istəyirlər. Sən mənim yanımdan uzaqlaşma, əks halda məni güllələyəcəklər. Bilərəkdən və ya səhvən səni də güllələyə bilərlər”.

Əsgər qorxusundan özünü itirdi. Əl-ayağı əsirdi. Həyəcan içində əlimdən möhkəm tutmuşdu. Bu şəraitdə birlikdə qatara tərəf yollandıq. Beləcə qatara minənə kimi məni güllələmək cəhdləri baş tutmadı”.

Xatırladaq ki, Vüqar və Lamiyə Quliyeva 2003-cü ildə həbs ediliblər. Hər iki şəxs 2003-cü ilin mayında Şəmkir rayonun sabiq icra başçısı Aslan Aslanovun oğlu Ruslanı qətlə yetirməkdə ittiham edilib. Qətlin motivi ittiham aktında torpaq mübahisəsinə görə sifarişli qətl kimi təqdim edilib. Ancaq qətlin namus üstə baş verdiyi iddia edilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm