Bakıda bu küçələrdə tıxac var
Bizi izləyin

Qırmızı.az

Bakıda bu küçələrdə tıxac var

Paytaxtın buz bağlamış bəzi küçə və prospektlərində tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda Badamdar və Binəqədi şoselərindən üzü şəhər istiqamətində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur.

Bakı-Sumqayıt şosesində - Avtovağzalın qarşısında, Atatürk prospektindən “Gənclik” metrosuna doğru və A. Cəlilov küçəsində tıxac var.

Bundan əlavə, İnşaatçılar prospektindən Statistika dairəsinə doğru, C. Cabbarlı küçəsi – Kaspian Plazanın qarşısında tıxac var.

NİİM-dən onu da bildirdilər ki, artıq yavaş-yavaş buz əridiyindən hərəkət bərpa olunub.

Bağlı yollara gəlincə isə, həftə sonu qar yağdığından yollarda təmir işləri aparılmayıb və bağlı yollar yoxdur.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm