Aydın Əliyev İmişlidə qəbul keçirəcək
Bizi izləyin

Qırmızı.az

Aydın Əliyev İmişlidə qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev fevralın 27-də saat 11:00-da İmişli şəhərindəki Heydər Əliyev Mərkəzində (20 yanvar küç.) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Publika.az-a daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - İmişli, Beyləqan, Füzuli, Ağcabədi rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar yanvarın 26-sı saat 11:00-dək “192”Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbulayazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm