Təcili yardıma müraciətlər artıb
Bizi izləyin

Qırmızı.az

Təcili yardıma müraciətlər artıb

Hava şəraiti ilə əlaqadar olaraq təcili yardıma müraciətlər 10-20% artıb. Təcili yardım müraciətlərin çox olması və qarlı hava şəraiti ilə əlaqədar çağırışa vaxtında çatmaq üçün xüsusi təyinatlı maşınlardan istifadə edib.

Bu barədə Publika.az-a Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Operativ şöbəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, xüsusi təyinatlı maşınlardan istifadə edilsə də, bəzi ərazilərdə hərəkətdə problem yaranıb.

“Paytaxtın bəzi küçələrində intensiv qar yağışı ilə əlaqədar olaraq təcili yardım maşınları hərəkət edə bilmirdi. Ona görə də, həkimlər müəyyən məsafəni piyada getməli olublar. Əsasən Yasamal, Xətai, Səbail rayonunda bəzi küçələrində hərəkət çətin olub. Çağırışların çox olması və hava şəraitinə baxmayaraq, həkimlərin gecikməsi ilə bağlı şikayətlər olmayıb. Müraciət edən xəstələrə də hava şəraiti ilə əlaqədar müraciətlərin çox olması izah edilib”.

Soyuq hava şəraiti ilə əlaqadar dəm qazı zəhərlənmələrində də artım olub. Son iki gündə 42 müraciət olub.

“Şənbə günü 19 müraciət olub, onların 14-ü xəstəxanaya yerləşdirilib. Bazar günü 23 müraciət olub, 15-i xəstəxanaya yerləşdirilib”.

Ayın 22-də Bakı-Sumqayıt yolunda avtoqəza olub. Hadisə nəticəsində minik avtomobilinin sürücüsü aşıq kəllə-beyin travması alıb. 67 yaşlı sürücü təcili yardım həkimləri tərəfindən maşına mindiriləndən sonra ölüb.

Hava şəraiti ilə əlaqədar olaraq dünən və bu gün 6 nəfər travma alıb. Onlardan 4-ü xəstəxanaya yerləşdirilib. 2 nəfərə yerində yardım göstərilib. Fevralın 21-i axşam saatlarında küçədə tüfeyli həyat tərzi keçirən şəxslə bağlı müraciət olub. O içkidən zəhərləndiyinə görə Toksokologiya Mərkəzinə yerləşdirilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm