Qeybə çıxan avtobuslar, nəqliyyat axtaran sakinlər
Bizi izləyin

Qırmızı.az

Qeybə çıxan avtobuslar, nəqliyyat axtaran sakinlər

Qarlı hava özüylə bərabər nəqliyyatda da bir sıra problemlər gətirib. Paytaxtda xəttə çıxan marşrutların sayının azlığından əhali saatlarla yollarda qalmalı olub.

Şikayətçilərin Publika.az-a bildirdiyinə görə, ən çox problem 132, 10, 175, 26, 103, 211 saylı marşrutlarda olub. Paytaxt sakini Südabə Məmmədovanın sözlərinə görə, gec-gec gələn marşrutlar dayanacaqda olan hər kəsi götürərək qapısı bağlanmadan sürürlər. Bu da onsuz da təhlükəli olan vəziyyəti bir qədər də təhlükəli edir:

“Hamımız getdiyimiz yerə gecikmişik. Saatlarla dona-dona dayanacaqda avtobus gözləmişik. Sürücülər belə buzlu yollarda da avtobusu qapısı bağlanmadan sürürlər. 10 nömrəli avtobusun sürücüsü hər şeyi yolun üzərinə atır. Deyir yollar bərbaddır, saat 6-dan xəttə çıxmışam, 9-da gəlib çatmışam. Bu qarın yağacağından hamı xəbərdar idi axı, niyə vaxtında tədbir görməyiblər?”

Vəziyyətlə bağlı Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımalarının Təşkili İdarəsinin rəis müavini Əmrah Cəfərovla əlaqə saxladıq. Qurum rəsmisi isə Publika.az-a həmişə olduğu kimi hazırda da yollarda heç bir problem olmadığını bildirdi:

“Bütün idarə qarlı günlərdə gücləndirilmiş iş rejimində çalışıb. Hal-hazırda heç bir problemimiz yoxdur, heç bir ərizə və şikayət daxil olmayıb”.

Ə.Cəfərovun sözlərinə görə, dünən bazar günü olduğundan xəttə çıxarılan avtobusların sayı nisbətən az olub. Bu gün adi gün olaraq xəttə 2000 avtobus çıxarılıb: “Əhali bazar günü nəqliyyatdan o qədər də sıx istifadə eləmir. Ona görə də marşrut az olub. Bizə elə bir şikayət olmayıb. Qarlı günlərdə daxil olan şikayətləri də həll eləmişik”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm