Gün ərzində üçüncü zəlzələ oldu (YENİLƏNİB)
Bizi izləyin

Qırmızı.az

Gün ərzində üçüncü zəlzələ oldu (YENİLƏNİB)

Gün ərzində üçüncü zəlzələ olub.

Yerli vaxtla saat 12:04:49-də Şəmkir rayonu ərazisində Gəncədən 31km şimal-qərbdə zəlzələ qeydə alınıb.

Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3-2 bala qədər hiss olunub.

***

Xəzərin Azərbaycan sektorunda zəlzələ baş verib.

Publika.az Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən bildirir ki, zəlzələ Xəzər dənizində bu gün saat 08:00:09-da qeydə alınıb. Zəlzələnin dərinliyi 54 km, maqnitudası 3,8 olub.

Zəlzələ hiss olunmayıb.

***

Bu gün Qəbələdə zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Publika.az-a verilən məlumata görə, zəlzələ saat 07:57:54-də Qəbələ ərazisində qeydə alınıb.

Zəlzələnin dərinliyi 14 km, maqnitudası 3,3 olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm