• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gəncədə Fəxri Xiyabanın ərazisi genişləndiriləcək

Gəncədə Fəxri Xiyabanın ərazisi genişləndiriləcək

Bu gün YAP Gəncə şəhər Təşkilatının Qərargahında şəhər fəallarının yığıncağı keçirilib. Yığıncaqda Gəncə şəhər İcra Hakimiyyəti başçısının müavinləri Mikayıl Zeynalov, Sevda Qurbanəliyeva, AMEA Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, YAP Gəncə şəhər Təşkilatının sədri Naqif Həmzəyev, icra strukturunun rəhbərləri, ziyalılar, din xadimləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Mikayıl Zeynalov açaraq ,Gəncə şəhərində Fəxri Xiyabanın ərazisinin genişləndirilməsi,orada təmir-abadlıq işlərinin aparılması ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin 18 ilyul 2014-cü il tarixli Sərəncamı ilə yaradılmış komissiyanın yeni tərkibinin təsdiq olunduğunu diqqətə çatdırıb , bu istiqamətdə görülən işlər barədə məlumat verib, həyata keçiriləcək tədbirlərdə bütün şəhər ziyalılarının iştirakının vacib olduğunu qeyd edib.

Akademik Fuad Əliyev,Sevda Qurbanəliyeva tarixin müxtəlif dövrlərində bəşəriyyətə böyük dühalar bəxş etmiş Gəncənin görkəmli şəxsiyyətlərinin, Böyük Vətən Müharibəsi Qəhrəmanlarının və Milli Qəhrəmanların, Azərbaycanın inkişafında xüsusi xidmətləri olan şəxslərin adlarını əbədiləşdirməyin dövlətçiliyimizə, Vətənimizə dərin məhəbbət duyğularını ifadə etməklə, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Çıxış edənlər Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə ərazi bütövlüyümüz uğrunda qurban gedən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək üçün Şəhidlər Xiyabanında ucaldılan abidə kompleksin tikilməsini,367 şəhid məzarının vahid formada mərmər üzlüklə yenidən bərpa edilməsini, burada aparılan yenidənqurma və abadlıq işlərinə bütün gəncəlilərin elliklə qoşulmasını,113 adsız küçəyə yeni adların verilməsini təqdirəlayiq hal olaraq dəyərləndiriblər.Bu təşəbbüsə də bütün ictimaiyyət tərəfindən yekdilliklə dəstək veriləcəyinə əminliklərini söyləyiblər.

Sonda Fəxri Xiyabanın eskizləri ictimaiyyətə təqdim olunub və müvafiq təşkilatların rəhbərlərinə tapşırıqlar verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR