• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Nazir manatın kursunun endirilməsinin ünvanlı sosial yardımlara təsirindən danışıb

Nazir manatın kursunun endirilməsinin ünvanlı sosial yardımlara təsirindən danışıb

"Milli valyutanın kursunun endirilməsi ünvanlı sosial yardımın verilməsinə təsir etməyəcək".

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlər üçün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, milli valyutanın kursu endirilirsə, bu, büdcəyə daxilolmaların artması deməkdir: “Ötən ilin noyabrından deflyasiya prosesləri başlamışdı. Bu çox təhlükəli vəziyyət idi və hazırda manatın enməsi prosesi hökumət tərəfindən bunun qarşısını almaq üçün atılmış olan addımdır. Azərbaycanda prosesləri effektiv şəkildə idarə edən hökumət var. Bu, işsizliyin artması, deflyasiya proseslərinin qarşısını almağa yönəlib”.

S. Müslümov həmçinin bildirib ki, hazırda nazirlik tərəfindən bazarlarda monitorinqlərə başlanılıb: “Bazarlarda belə vəziyyətlərdə dələduzluq hallarının artması adi haldır. Bəzi şirkətlər öz mənafeyi üçün istifadə edirlər. Bunlara qarşı inzibati metodlar olmalıdır”.

Nazir həmçinin vurğulayıb ki, nazirlik tərəfindən pensiyaçıların istehlak səbətinə yenidən baxılacaq.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR