Ünvanlı sosial yardım alanların sayı artacaq
Bizi izləyin

Qırmızı.az

Ünvanlı sosial yardım alanların sayı artacaq

“Ötən ilin yanvar ayı ilə müqayisədə cari ilin yanvar ayında respublikada ünvanlı yardım alan ailələrin sayı 3865 ailə (168673 nəfər ailə üzvü), yəni 26, 4 % azalaraq 107761 ailə (470237 ailə üzvü) təşkil edib. Bu azalma digər tərəfdən ünvanlı sosial yardımların bir ailəyə düşən orta aylıq məbləğinin 10,3 faiz artaraq 138, 89 manata, adambaşına düşən orta aylıq məbləğin isə 10,3 faiz artaraq 31, 83 manata yüksəlməsi ilə müşayiət olunub”.

Publika.az xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir bildirib ki, ünvanlı sosial yardım üçün müraciət edənlərin sayı il ərzində 180 min nəfəri keçib. Artıq yeni sistemin tətbiqindən sonra isə bu rəqəm 30% artaraq 230 min nəfərə çatacaq.

S. Müslümovun sözlərinə görə, ünvanlı sosial yardımların təyinatı prosesində məmur-vətəndaş təmaslarının minimuma endirilməsi üçün bu sahənin tam avtomatlaşdırılması ƏƏSMN-nin gördüyü tədbirlərin mühüm hissəsidir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm