• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“15 Fevral ümumdünya uşaq xərçəngi günü” ilə bağlı videoçarx təqdim olundu

“15 Fevral ümumdünya uşaq xərçəngi günü” ilə bağlı videoçarx təqdim olundu

“İrəli” İctimai Birliyinin Tibb Klubu, “Magic Land” Uşaq Bağçası, Funda Tibb Mərkəzi və Metro Park AVM-Park Cinemanın birgə təşkilatçılığı ilə “15 Fevral ümumdünya uşaq xərçəngi günü” ilə bağlı “Dünya Xərçəng Günü: Streotipləri ifşa et” layihəsi çərçivəsində sosial videoçarx təqdim olunub.

Publika.Az-ın verdiyi xəbərə görə, Metro Park AVM Park Cinemada baş tutan təqdimatı giriş sözü ilə açan “İrəli” Tibb Klubunun və layihə rəhbəri Aytac Kərimli qeyd edib ki, layihənin keçirilməsində əsas məqsədlərdən biri insanları bu xəsətlik haqqında doğru məlumatlandırmaq, hal-hazırda qarşılaşdığımız stereotipləri ifşa edərək xərçəng xəstəliyindən əziyyət çəkən insanlara yardım etməkdir.

“Magic Land” Uşaq Bağçası və Funda Tibb Mərkəzinin PR meneceri Kövsər Orucbəyli çıxışında bildirib ki, dövlət hər zaman bu insanlara diqqət və qayğı ilə yanaşır. Onun sözlərinə görə bu xəstələrə xüsusi yanaşmalı, dəstək olmalı və bu mübarizədə güclü olmaları üçün stimul yaratmalıyıq.

“Leykemiya ilə mübarizədə” İctimai Birliyin sədri Mehriban Bağırova bildirib ki, əsas məqsəd bu xəstəliyin Azərbaycanda müasir, keyfiyyətli müalicə metodlarına nail olmaqdır. Eyni zamanda cəmiyyətimizin diqqətini leykoz-qan xərçənginə yoluxmuş uşaqların problemlərinə, həyat tərzlərinə yönəltmək və çağırış etməkdən ibarətdir.

“İrəli” İctimai Birliyinin Layihələr üzrə katibi Kəmaləddin Nəzərli qeyd edib ki, gənc və yeniyetmələrin sağlamlığının təmin olunması, cəmiyyətin buna diqqətinin artırılması Azərbaycanda gənclər siyasətinin tərkib hissələrindən birini təşkil edir: “Bunu nəzərə alaraq, biz daima "İrəli" İctimai Birliyi olaraq gənclərin sağlamlığına diqqəti artırmaq məqsədilə müxtəlif layihələr, aksiyalar və cəmiyyətin marağına səbəb olacaq görüşlər həyata keçiririk. Bu layihənin özəlliyi də qan xərçəngindən əziyyət çəkən uşaq və yeniyetmələrə dəstək olmaq, cəmiyyət tərəfindən onlara qarşı ola biləcək stereotiplərin qarşısını almaqdır”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR