Qırmızı.az
Prokuror sabiq məhkəmə hakiminə 10 il cəza istədi
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluq və
rüşvət verməkdə təqsirləndirilən keçmiş hakim Həsən Əliyev, Elman
Məmmədov və Taleh Süleymanovun barəsində olan cinayət işi üzrə
məhkəmə prosesi davam etdirilib.
Trend-in məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə
keçirilən prosesdə çıxış edən prokuror Həsən Əliyevin 10 il, digər
təqsirləndirilən şəxslərin hər birinin 9 il müddətinə azadlıqdan
məhrum edilməsini istəyib.
Xatırladaq ki, Rusiyadan gələn iş adamı Ramazan Səlimov
Azərbaycanda “yağlı” işə düzəlmək üçün 2011-ci ildən tanıdığı Elman
Məmmədova müraciət edib. Elman Məmmədov isə onu Bakı Ağır
Cinayətlər Məhkəməsinin hakimi Həsən Əliyevlə tanış edib. Həsən
Əliyev də Ramazan Səlimovdan sonuncunu işə düzəltmək adı ilə 600
min manat pul alıb. Lakin sonradan pulu qaytarmayıb. Bundan sonra
Ramazan Səlimov polisə şikayət edib. Şikayət əsasında cinayət işi
başlanılıb və Elman Məmmədov həbs edilib.
İstintaq dövründə Həsən Əliyevə qarşı Cinayət Məcəlləsinin
178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə)
maddəsi ilə bərabər Cinayət Məcəlləsinin 312-ci (rüşvət vermə)
maddəsi ilə də ittiham elan olunub. Lakin barəsində həbs-qətimkan
tədbiri seçilməyib. Onu da qeyd edək ki, prezident İlham Əliyev bu
il fevralın 11-də Həsən Əliyevin səlahiyyətlərinə vaxtından əvvəl
xitam verilməsi haqqında sərəncam imzalayıb.
Buna səbəb kimi Həsən Əliyevin qanunvericiliyin tələblərini
dəfələrlə kobudcasına pozması göstərilib.
-
İdman17:06
"Qarabağ"ı yıxan futbolçu İstanbul nəhənginin hədəfində
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO