Vaqif Əsədov: “Adama “ölmə” deyə bilərik?”
Bizi izləyin

Qırmızı.az

Vaqif Əsədov: “Adama “ölmə” deyə bilərik?”

“Biz Bakı 2015 Avropa Oyunlarına görə nə yasa, nə də toylara qadağa qoymuşuq. Biz qadağan etməmişik. Məgər insanlara “ölmə” deyə bilərik? Məsələ burasındadır ki, yas mərasimlərinin keçirilməsi üçün şəhər mərkəzində, yol kənarlarında çadırlar qurulur. Bu başdan deyirəm, ölənlərə Allah rəhmət eləsin! Amma yas mərasimlərini keçirmək üçün hər bir standarta cavab verən, hər şəraiti olan mərasim zalları var”.

Bunu “Modern.az”a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. Şöbə rəisi vurğulayıb ki, hərəkətə mane olan yerlərdə çadırların qurulması qanun pozuntusudur: “Maşallah, Allah uzaq eləsin, indi hər rayonda 4-5 mərasim zalı var. Lap Təzəpir məscidindən tutmuş bütün ərazilərdə sərfəli qiymətlərlə mərasimlərin keçirilməsi üçün inzibati binalar fəaliyyət göstərir. Gəlirsən, maşını saxlayıb, başsağlığı verib gedirsən. Təkcə Babək prospektində bir-birindən fərqli 5 mərasim zalı var: Nərimanov, Nəsimi, Səbail və digər rayonlarda da var”.

V.Əsədov Olimpiya Oyunları ərəfəsində toy mərasimlərinin də keçirilməsinə qadağa qoyulmasına aydınlıq gətirib:

“Biz tövsiyə etmişik ki, həmin günlərdə kim toy edəcəksə, sözsüz ki, tıxacda qalma, hərəkət mümkünsüzlüyü ehtimalı var. Biz vətəndaşları düşündüyümüzdən bu tövsiyələri vermişik. Əhalidən xahiş edirik ki, çalışın, Avropa Oyunlarının keçirildiyi ərəfələrdə toy mərasimlərini etməyin. Həmin vaxt yolu bağlayıb idmançıların, ora gələn tamaşaçıların təhlükəsizliyilə bağlı tədbirləri görək, yoxsa toy karvanlarını idarə edək? Mən kiməm ki, toyu qadağan edim?! Sabah məni məhkəməyə verməzlərmi ki, sən kimsən, toyu qadağan edirsən?”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm