• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

TQDK magistraturaya müsabiqə şərtlərini açıqladı

TQDK magistraturaya müsabiqə şərtlərini açıqladı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası magistraturaya qəbul olmaq üçün qoyulan müsabiqə şərtlərini açıqlayıb.

Komissiyadan Publika.az-a verilən məlumata görə, bəzi qəbul proqramlarını seçən bakalavrlar ixtisas üzrə test tapşırıqlarının əvəzinə, yazılı imtahan verməlidirlər (“Magistr” jurnalının 2015-ci il tarixli 3-cü sayında qəbul proqramları dərc olunanda bu barədə məlumat veriləcəkdir).

Müsabiqədə ümumi bala qoyulan minimal tələblər fərqlidir. Şərtlərə əsasən, Təhsil ixtisasları qrupu, texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupunda (Bədən tərbiyəsi və idman ixtisasından başqa) dövlət sifarişli yerlərə qəbul olmaq istəyən bakalavrlar 65 bal, ödənişli yerlər üçün 60 bal toplamalıdırlar. Humanitar və sosial ixtisaslar qrupunda bu bal müvafiq olaraq 75 bal, 70 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda müvafiq olaraq 70 bal, 65 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 50 bal, 45 bal toplamalıdırlar.

Müsabiqə şərtlərinə əsasən, Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa) üzrə I mərhələnin nəticəsinə qoyulan minimal tələb 40 bal, Humanitar və sosial ixtisaslar qrupunda 50 bal, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupunda 45 bal, Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında 30 baldır.

Tədrisi ingilis (alman) dilində olan ixtisaslaşmaların dövlət sifarişi üzrə ayrılmış yerlərini seçmək üçün bakalavrın imtahanın birinci mərhələsində ingilis (alman) dilindən topladığı bal 20-dən, ödənişli yerlərini seçmək üçün isə 15-dən az olmamalıdır.

Müsabiqənin II mərhələsinin nəticəsinə qoyulan minimal tələblər Təhsil ixtisasları qrupu, Texniki və texnoloji ixtisaslar qrupu, Səhiyyə, rifah və xidmət ixtisasları qrupu (Bədən tərbiyəsi və idman ixtisasından başqa), Humanitar və sosial ixtisaslar qrupu, Təbiət ixtisasları qrupu, İqtisadiyyat və idarəetmə ixtisasları qrupu üzrə dövlət sifarişli yerlər üçün 25 bal, ödənişli yerlər üçünsə 20 bal olub. Yalnız Mədəniyyət və incəsənət ixtisasları qrupu, Kənd təsərrüfatı ixtisasları qrupu, Bədən tərbiyəsi və idman ixtisası, Hərbi və dövlət müdafiəsini idarəetmə ixtisası və Hərbi idarəetmə ixtisasında dövlət sifarişli yerlər üçün 20 bal, ödənişli yerlər üçün 15 bal olub.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR