
Quba rayon məhkəməsinin qarşısında bıçaqlanma hadisəsi
baş verib.
Anspress xəbər verir ki, hadisə günorta təxminən saat 12:50-də
olub. Quba rayon polis şobəsinin müstəntiqi Mirmehdi Seyidovun
verdiyi məlumata görə, Quba şəhər sakini 50 yaşlı Elçin Məmmədov
qonşusu 46 yaşlı Gülarə Əsədova ilə aralarında olan inzibati işlə
əlaqədər məhkəmədən sonra mübahisə edib.
Mübahisə zamanı Gülarə Əsədovanın qızı 22 yaşlı Aynur Əsədova
Məmmədovdan bacısını harada gizlətdiyini soruşub. Elçin Məmmədov
isə belə cavab verib:
"Sənin bacındı, bilmirsən o, hansı restoranlarda gəzir?”
Aynur Əsədova bu sözlərdən sonra Elçin Məmmədova üç bıçaq
zərbəsi vurub. E.Məmmədov xəstəxanaya aparılıb, hazırda onun
vəziyyəti qənaətbəxşdir. Aynur Əsədova və onun anası Quba rayon
polis şobəsində izahatları alındıqdan sonra sərbəst
buraxılıblar.
Qeyd edək ki, Gülarə Əsədovanın digər qızı Günay Əsədova 15 gündür itkin düşüb.