ATV-də qarşıdurma - Papaq qeyrət rəmzidir, yoxsa...
Bizi izləyin

Qırmızı.az

ATV-də qarşıdurma - Papaq qeyrət rəmzidir, yoxsa...

Mətanət Əliverdiyevanın verilişində novruz ənənələri ilə bağlı müzakirələr qarşıdurmaya səbəb olub. Tabloid.az xəbər verir ki, Könül Kərimova, Elnur Məmmədov, Zaur Rzayev və Rəhman Quliyevin qonağı olduğu verilişdə fikirlər Milli Elmlər Akademiyasının fəlsəfə üzrə doktoru Atəş Əhmədin Novruz bayramında papaq atmaq ənənəsinin ləğv olunmasına münasibət bildirərkən haçalanıb.

Atəş Əhməd qeyrət rəmzi olduğundan qapılara papaq atmağın yığışdırılmasını, əvəzində isə xüsusi torbalar hazırlanmasını təklif edib.

Məsələyə ilk münasibət bildirən Zaur Rzayev bu ideyanın əleyhinə olub.

“Onu biznes üçün deyirlər. Yeni il Şaxta baba, Qar qızsız olsa, onu qəbul edərik? Yox. Belə şeylərə fikir vermək olmaz. Papağı biz qeyrət əlaməti olaraq fikirləşmirik. Onu atan da balaca azyaşlı uşaqlardır”.

Müğənni Könül Kərimova isə Zaur Rzayevin fikri ilə razılaşmayıb.

“Torba olsa, yaxşı olar. Bu, gigiyenik baxımdan da düzgün olar. Təsəvvür edin, başdan çıxan papağı yerə qoyurlar. Onun içinə şirniyyat qoyurlar. Daha sonra o şirniyyatlar yeyilir, papaq isə yenidən başa qoyulur. O papaq nə gündə olar”?

Aktyor Rəhman Quliyev isə “Dəli Kür” filmindən nümumə gətirərək, o vaxtlar papaq deyil, torba qoyulduğunu xatırladıb.

Aparıcı Mətanət Əliverdiyeva da alimin fikri ilə razılaşıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm