• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

7 il ərzində 2 min tələbə, yaxud akademik deputatın “perovod”çikliyi

7 il ərzində 2 min tələbə, yaxud akademik deputatın  “perovod”çikliyi

Özəl ali məktəblərin “kəsir” siyasəti

Xəbər verdiyimiz kimi, Milli Məclisin sonuncu iclasında deputat Qüdrət Həsənquliyev bəzi özəl ali məktəblərdə böyük korrupsiya hallarının olduğunu, bir çox hallarda qrupda oxuyan 20 tələbədən 17-sinin imtahandan kəsildiyini bildirib.

Onun sözlərinə görə, bu kəsirlərlə gəlib 4-cü kursa çatan tələbədən isə elə məbləğ istəyirlər ki, 4 il çəkdiyi xərc heç nə olur: “Bu qədər tələbənin kəsilməsi normal hal deyil. Ya TQDK ilə araşdırılmalıdır ki, bu tələbələrin savadı yoxdursa, necə ali məktəbə qəbul olublar, ya da bir variant qalır ki, özəl ali məktəb özü aşağı səviyyədə tədris apararaq tələbələrin kəsilməsində maraqlıdır. Hər bir halda qanunsuzluq var və bu məsələlər araşdırılmalıdır”.

Özəl ali məktəblərə haqq qazandıran kimdir?

Təhsildə problemlərin olduğunu cəmiyyət bilir və rəsmilər də bunu danmadan problemin üzərinə gedərək həllinə çalışırlar. Xüsusilə özəl ali məktəblərdə bu halların, “pullu qiymətlərin”, “ödənişli imtahanların” olduğu danılmazdır. Axı, elə bu səbəblərə görədir ki, bir neçə özəl ali məktəblərin qapısına qıfıl vurulub. Bu baxımdan, bir millət vəkilinin bu məsələni qaldırması, gələcəyimiz hesab etdiyimiz təhsilin bu günki vəziyyətini qanunverici orqanın tribunasından səsləndirilməsi diqqəti cəlb etdi. Bütün hallarda bu problem var və həll edilməlidir, bunun üçünsə məsələ ilk növbədə ictimailəşməlidir.

Lakin həmin iclasda söz alan deputat Bəxtiyar Əliyev buna etiraz edir və həmkarının düz danışmadığını ali tribunadan bildirir. Bu hər şeydən öncə ona görə qəribədir ki, B.Əliyev Milli Məclisin Elm və Təhsil Komitəsinin sədr müavinidir. Yəni onun işi birbaşa təhsillə bağlıdır, deməli gözə girən bu çatışmazlıqları ilk növbədə o görməli idi. Amma nədənsə hörmətli deputat gözə girən problemi görməzlikdən gəlir. Səbəb nədir?

7 il ərzində 2 min tələbə, yaxud Bəxtiyar Əliyev “perovod”çikliyi

Publika.Az–ın qısa araşdırmasında bu sualın cavabına müəyyən qədər rast gəlmək olur. Araşdırmamızda B.Əliyevin özünün “pulla kitab üzü açan” universitetlərdən birinin təsisçi olduğu aydınlaşır.

Sankt-Peterburq Xarici İqtisadi Əlaqələr, Hüquq və İqtisadiyyat Universitetinin Bakı filialı. Yəqin ki, çoxlarımıza bu ad tanışdır. Ən azından o universitetdə təhsil alanlar, ordan aldıqları diplomlarla gələcəyə gedənlər, övladının gələcəyini bu universitetə həvalə edənlər çox yaxşı xatırlayır. Bu universitet 2007-ci ilə qədər cəmi iki otaqda 7 il ərzində minlərlə tələbəyə təhsil verib. Bunu etməksə kifayət qədər “cəsarət” tələb edir. B.Əliyev bu illər ərzində 2 min tələbəni “hazırlayaraq” ölkənin ən yüksək ali təhsil müəssisələri hesab olunan Xarici Dillər, İqtisad, Bakı Dövlət universitetlərinə “ötürüb”. Təbii ki, bu “transferlərdə” hansı maraqlardan istifadə olunub, bəlli məsələdir. Təsadüfi deyil ki, bu “perovodlar” nəticəsində bu universitet 2007-ci ildə məşhur ABU ilə birlikdə məhkəmə qərarına əsasən qıfıllanıb.

B.Əliyev “özəl ali məktəblərdə tələbələrin qanını sovururlar” fikirlərinin yumşaq formalı etirazına qarşı çıxmasının səbəbi burda ortaya çıxır. Və o, universitetlərə müstəqillik istəyir: “Ali təhsil müəssisələrinə təhsilin məzmununun tətbiqi, idarəetmə, akademik, maliyyə və təşkilati müstəqillik verilməlidir. Eyni zamanda, mülkiyyət formasından asılı olmayaraq bütün təhsil müəssisələrinə ödənişli təhsil üzrə qəbul planı ləğv edilməli və dövlət sifarişi istisna olmaqla, tələbələrin qəbulu və yerləşdiriliməsi mexanizmlərinə yenidən baxılmalıdır”.

Adlar, titullar, əsərlər, yaxud bir ton kitab yazan deputat

Amma B. Əliyev özfəaliyyəti bununla yekunlaşmayıb. Cənab deputat “perovod” işini aparmasına rəğmən, ölkənin təhsil sahəsindəki işlərdə həmişə birinci olub.

Mətbuat səhifələrindən də aydın olur ki, B.Əliyev Bakı Dövlət Universitetində “Psixologiya” kafedrasının müdiri, həmin universitetin “Eksperimental psixologiya” Elmi tədqiqat laboratoriyasının elmi rəhbəri, BDU Sosial elmlər və psixologiya fakültəsinin elmi şurasının üzvü, Psixologiya elmləri üzrə Ali Attestasiya Komissiyasınınn dissertasiya şurasının sədri, Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü, Beynəlxalq Siyasi Psixoloqlar Assosiasiyasının üzvü, Azərbaycan Respublikası Milli Məclisinin II, III və IV çağırışının deputatı, Azərbaycan Respublikası Milli Məclisinin “Elm və Təhsil” Komitəsinin sədr müavini, “Psixologiya” jurnalının baş redaktoru, Azərbaycan Respublikası Prezidenti yanında “Əfv məsələləri üzrə komissiya”nın üzvü, Azərbaycan Respublikasının “Korrupsiyaya Qarşı Mübarizə Üzrə Komissiya”nın üzvü, Azərbaycanın AŞPA-da təmsil edən deputat qrupunun üzvü, VIII, IX, X, XI siniflər üçün (Azərbaycan və rus dillərində) “İnsan və cəmiyyət” dərsliklərinin müəllifidir. Elmlər doktoru, professordur, 2007-ci ildə (“perovod” idarəsi bağlanandan sonra – red.) AMEA-nın müxbir üzvü seçilib. Yayılan məlumatlara görə, B. Əliyevin AMEA-ya seçilməsi də qaranlıqdır. Belə ki, həmin vaxt seçimlərdə iştirak edən fəlsəfə sahəsində dünya çapında tanınmış böyük alim, bütün ömrünü fəlsəfəyə həsr etmiş Yusif Rüstəmov da iştirak edibmiş, amma o qədər savadın yiyəsi kənarda qalıb, əvəzinə isə B. Əliyev seçilib. Halbuki B. Əliyevin bütün fəlsəfi fəaliyyətində nə yazdığı hələ də məlum deyil. Lakin çapda çıxmış elmi əsərlərin sayı 185, xaricdə çap olunmuş əsərlərim isə 35 dənədir.

Karxanadan çıxan ad və ya 3 milyonun taleyi necə oldu?

B.Əliyev təkcə təhsil sahəsi ilə də məşğul deyilmiş. Araşdırmamızda məlum olur ki, hələ 3 il öncə - 2011-ci ildə Qaradağda “Gülbaxt” karxanasındakı olaylarda onunda əli var imiş. 3 il əvvəlin mətbuatını da qaldırıb baxanda məlum olur ki, deputat təhsili yarıdıb, keçib karxanaları düzəltməyə. Hadisə belə olub ki, karxana saxta sənədlərlə 10-dan çox iş adamına satılıb və bu biznesdən 3 milyon pul əldə edilib. Hadisələrin episentrində Cavanşir adlı şəxs dururdu. Onun aldadılan iş adamları ilə mübahisələrində isə ad çəkməsi isə kölgədə qalan fiqurun kodu açılıb. Bu Bəxtiyar Əliyev imiş...

Cavanşir onun arxasında dayananın keçmiş deputat Xəlilbəy Günəşov olduğunu deyib. X. Günəşov burda daha çox görünən birinci divar imiş. Ondan sonra isə B. Əliyev gəlirmiş. Onların hər ikisinin adını çəkən Cavanşir adlı “vasitəçi” ondan pul tələb edənlərə “gedin Milli Məclisə, Bəxtiyar Əliyevdən istəyin” deyirmiş. Söhbət 3 milyondan gedir, hansı ki, hər bir iş adamı ayrılıqda 300 min manat verib, yəni karxana nə az, nə çox düz 10 dəfə 300 min manata satılıb.

Daha sonra qeyd edək ki, bu hadisələrdə həbs edilənlərin başçısı Əlövsət Orucov Bəxtiyar Əliyevlə həmyerlidir. Əlövsət Orucovun dəstə üzvləri arasında sabiq spiker Rəsul Quliyevin qohumları ilə yanaşı əvvəllər də məhkum edilmiş ƏlizaminNiyazov da olub. Sonradan məlum olub ki, “vasitəçi” Cavanşir də Əlövsət Orucovla yaxın qohumdur. Eyni zamanda Cavanşir Bəxtiyar Əliyevlə də yaxın qohum olduğunu ortaya çıxır.

Bu “labirint”də görünən odur ki, B.Əliyev “təmiz adı”nı yüksək tutmaq üçün kənarda dayanıb və hər şeyi yuxarıdan idarə edirmiş. Sonunda qazanan da, “təmiz” çıxan da o olub. İndi onun təhsil sahəsində fəaliyyətinin nə dərəcədə “təmiz” olduğu suallar yaradır...

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR