• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Kitab qurdları” bir araya toplaşıb

“Kitab qurdları” bir araya toplaşıb

Bakı Slavyan Universitetində Ana dilinə həsr olunan “Kitab flashmobu” təşkil edilib.

Publika.az-ın məlumatına görə, layihənin həyata keçirilməsində əsas məqsəd BSU tələbələrini kitab oxumağa cəlb etmək, onlarda mütaliəyə maraq oyatmaqdır. Aksiyada müxtəlif ixtisaslar üzrə təhsil alan 70-dən artıq tələbə iştirak edib. İştirakçı olan bütün tələbələr daima kitab oxuyan tələbələrdir. Flashmob vasitəsilə tələbələr göstərmək istəyiblər ki, kitab oxumaq insana bilik verməklə yanaşı, həm əyləndirir, həm də yaxın dost qazandırır. Aksiya çərçivəsində gənclər heç bir maneə tanımayaraq universitet dəhlizlərində əyləşib kitab oxuyublar.

Tələbələrlə birlikdə BSU-nun rektoru, professor Asif Hacıyev, Təlim-tərbiyə işləri üzrə prorektor Aygül Hacıyeva, Tədris işləri üzrə prorektor Telman Cəfərov, Təlim-tərbiyə şöbəsinin müdiri Yaqut Baxışova, Həmkarlar sədri Müxlisə Əliyeva aksiyaya qoşularaq gəncləri kitab oxumağa dəvət ediblər. Layihənin təşkilatçıları BSU-nun “Kölgə Kabineti”nin üzvləri və YAP üzrə fakültə sədri Murad Hacıyevdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR