• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Ən etikasız dövlət qulluqçuları hansı qurumlarda çalışır? – RƏSMİ HESABAT

Ən etikasız dövlət qulluqçuları hansı qurumlarda çalışır? – RƏSMİ HESABAT

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluqçularının etik davranış qaydalarına əməl edilməsi vəziyyəti barədə illik hesabatını açıqlayıb.

Komissiyadan Publika.az-a verilən məlumata görə, ötən il qanunu pozan 343 dövlət qulluqçusu tənbeh edilib. Onlardan 253-ü mərkəzi icra hakimiyyəti orqanlarında, 90-ı isə yerli icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçusudur.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 343 intizam tənbeh tədbirindən 319-u töhmət, 10-u vəzifə maaşının azaldılması, 10-u dövlət qulluğundan azad edilmə, 4-ü daha aşağı vəzifəyə keçirilmə olub.

Komissiyanın məlumatına görə, mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının pozulması ilə bağlı dövlət qulluqçularına tətbiq edilmiş 253 intizam tənbeh tədbirinin təhlili zamanı müəyyən olunub ki, ən çox intizam tənbehi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dövlət qulluqçuları alıb (125).

Dövlət Sosial Müdafiə Fondunun 32, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 26, Təhsil Nazirliyinin 14, Maliyyə Nazirliyi nin 13, İqtisadiyyat və Sənaye Nazirliyinin 13, Energetika Nazirliyinin 13, Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 4, Dövlət Statistika Komitəsinin 4, Milli Televiziya və Radio Şurasının 2, Müəllif Hüquqları Agentliyinin 2 dövlət qulluqçusuna intizam tənbeh tədbiri tətbiq edilib.

Mərkəzi icra hakimiyyəti orqanlarında tətbiq edilmiş 253 intizam tənbeh tədbirindən 234-ü töhmət, 10-u vəzifə maaşının azaldılması, 4-ü daha aşağı vəzifəyə keçirilmə, 5-i dövlət qulluğundan azad edilmə olub. Mərkəzi icra hakimiyyəti orqanlarında qulluq keçən dövlət qulluqçularına tətbiq edilən intizam tənbeh tədbirlərinin təhlili zamanı məlum olub ki, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun 4-cü (vicdanlı davranış) maddəsinin tələblərinin pozulması üzrə 22, 5-ci (peşəkarlıq və fərdi məsuliyyətin artırılması) maddəsinin tələblərinin pozulması üzrə 91, 6-cı (Loyallıq) maddəsinin tələblərinin pozulması üzrə 3, 7-ci (ictimai etimad) maddəsi üzrə 3, 8-ci (İnsanların hüquq, azadlıq və qanuni maraqlarına, şərəf və ləyaqətinə və işgüzar nüfuzuna hörmət. Hüquqi şəxslərin işgüzar nüfuzuna hörmət) maddəsinin tələblərinin pozulması üzrə 14, 9-cu (mədəni davranış) maddəsinin tələblərinin pozulması üzrə 18, 10-cu (əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi) maddəsinin tələblərinin pozulması üzrə 90, 12-ci (Maddi və qeyri-maddi nemətlərin, imtiyazların və ya güzəştlərin əldə edilməsinə yol verilməməsi) maddəsinin tələblərinin pozulması üzrə 9, 13-cü (Korrupsiyanın qarşısının alınması) 11 maddəsinin tələblərinin pozulması üzrə 3 intizam tənbeh tədbiri tətbiq edilib.

Gülnar Əliyeva

Xəbər lenti

DAHA ÇOX XƏBƏR