• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı

İrandan Azərbaycana narkotik gətirənlər saxlanıldı

Gömrükçülər İrandan Azərbaycana narkotik gətirənləri saxlayıb.

Dövlət Gömrük Komitəsindən (DGK) Publika.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinə daxil olmuş əməliyyat məlumatında İranda səfərdə olan Azərbaycan vətəndaşları - Elvin Sadiqov, Taryel Əliyev və Asim Məmmədzadənin ölkəyə qayıdarkən özləri ilə narkotik vasitə gətirmələrinin ehtimal edildiyi bildirilib.

Həmin şəxslərdən T.Əliyev Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Lakin yoxlama zamanı onun üzərində qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib.

Bundan sonra adıçəkilən digər şəxslərin - E.Sadiqov və A.Məmmədzadənin Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postundan keçərək Azərbaycana qayıtdıqları və Masallı rayon sakinləri olduqları müəyyənləşdirilib. Rayon taksilərinin gömrük postunun qarşısındakı parkda dayandıqları nəzərə alınaraq, həmin şəxslərin də burada olacağı ehtimal edilib. Beləliklə, əməliyyat tədbirləri zamanı E.Sadiqov və A.Məmmədzadə “Mercedes Benz” markalı avtomobillə gömrük postunun qarşısındakı parkdan uzaqlaşarkən saxlanılıblar.

Biləsuvar Gömrük İdarəsində sözügedən avtomobilə baxış zamanı maşında 2 ədəd bükümdə, ümumi xalis çəkisi 71,768 qram olan narkotik vasitə - tiryək aşkar edilib. A.Məmmədzadə aşkar edilən narkotik vasitənin ona məxsus olduğunu bildirib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR