
"Manat devalvasiya olunmaya bilmirdi. Onun devalvasiyası böhranla əlaqədar deyildi. Manatın özünü və daxili bazarı qorumaq üçün mexaniki surətdə edilib".
Bu sözləri Milli.Az-a açıqlamasında millət vəkili Aydın
Mirzəzadə deyib.
Əhalinin 70-80%-nin özəl sektorda çalışdığını deyən millət vəkili
əlavə edib ki, özəl sektor qiymətləri manatın yeni məzənnəsinə
uyğunlaşdırdığına görə yeni maaşları da formalaşdırır.
"Qalır dövlət və büdcə təşkilatlarında işləyənlər, təqaüd və
müavinət alanlar. Onları isə dövlət artıq özünün qərarları və yaxud
sərəncamları ilə müəyyən müddət qaldıracaq. Həm büdcə
təşkilatlarında işləyənlərin maaşı qaldırılacaq, eyni zamanda
təqaüdlərin qaldırılması gözləniləndir", - A.Mirzəzadə əlavə
edib.