21 mindən artıq dövlət qulluqçusu barədə məlumatlar toplanıb
Bizi izləyin

Qırmızı.az

21 mindən artıq dövlət qulluqçusu barədə məlumatlar toplanıb

Hazırda dövlət qulluğunda vəzifə tutan 21563 dövlət qulluqçusu barədə məlumatlar Dövlət Qulluqçuları Reyestri İnformasiya Sistemində (DQRİS) öz əksini tapıb.

Sistemdə mərkəzi icra hakimiyyəti orqanları üzrə 12070, yerli icra hakimiyyəti orqanları üzrə 8069, məhkəmələr üzrə isə 1424 dövlət qulluqçusu barədə məlumatlar toplanıb.

Bu barədə Publika.az-a Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, əvvəllər dövlət orqanlarında çalışmış və indi dövlət qulluqçusu vəzifəsi tutmayan 10112 dövlət qulluqçusu barədə məlumatlar isə DQRİS-in arxiv bazasında toplanılıb və bu bazanın yoxlanılması üzrə işlər davam etdirilir.

Ümumilikdə 219 dövlət orqanı, o cümlədən 44 mərkəzi icra hakimiyyəti orqanı, 79 yerli icra hakimiyyəti orqanı, 96 məhkəmə hakimiyyəti orqanlarının strukturu və ştat cədvəli üzrə dövlət qulluqçuları barədə məlumatlar yoxlanılıb.

Qeyd edək ki, 2013-cü ildə istifadəyə verilmiş Dövlət Qulluqçuları Reyestri İnformasiya Sisteminin (DQRİS) verilənlər bazasının formalaşdırılması 2014-cü ildə yekunlaşıb. Hesabat ili ərzində dövlət orqanlarının strukturunun Reyestrdəki strukturla uyğunluğu təmin olunub.

Məlumatda həmçinin bildirilir ki, “Azərbaycan Respublikasının dövlət qulluğunda rotasiyanın aparılması ilə bağlı qaydalar” layihəsi Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə və Dövlət Sosial Müdafiə Fonduna təqdim edilib və hesabat ilində bu dövlət orqanlarında pilot layihənin tətbiqinə başlanılıb. Pilot layihənin tətbiqi Vətəndaşlara Xidmət və Sosial 10 İnnovasiyalar üzrə Dövlət Agentliyində 17 nəfər, Dövlət Sosial Müdafiə Fondunda isə 20 nəfər dövlət qulluqçusu rotasiya olunub.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm