Qadının xəyanət etirafı kişini dəli etdi - ŞOK TƏFƏRRÜAT
Bizi izləyin

Qırmızı.az

Qadının xəyanət etirafı kişini dəli etdi - ŞOK TƏFƏRRÜAT

Tatarıstan hüquq-mühafizə orqanları yüksək rütbəli polis məmurunu həbs ediblər.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, 36 yaşlı Renat Gizətullin 23 fevral Silahlı Qüvvələr Günü həyat yoldaşını qətlə yetirməkdə ittiham olunur.

Qeyd edək ki, Renat Gizətullin Tatarıstan DİN-in Tukayev rayonu polis şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

R.Gizətullin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adamöldürmə) maddəsiylə ittiham olunur.

İstintaqın məlumatına görə, rəis mavini fevralın 23-də yaşadıqları mənzildə həyat yoldaşı Natalya Gizətullinlə mübahisə edib. Mübahisə zamanı qadın ərinə xəyanət etdiyini etiraf edib. Bundan qəzəblənən ər iki azyaşlı uşağının gözü önündə həyat yoldaşını “Sayqa” tapançası ilə qətlə yetirib.

Qadın aldığı xəsarətdən yerindəcə keçinib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm