Bakıda marşrut avtobusu qəza törədib, yaralananlar var
Bizi izləyin

Qırmızı.az

Bakıda marşrut avtobusu qəza törədib, yaralananlar var

Hadisə bu gün metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb.

Hadisə bu gün metronun “Qara Qarayev” stansiyasının yaxınlığında qeydə alınıb.

54 saylı xətt üzrə hərəkət edən marşrut avtobusu “Mitsubishi” markalı minik maşını ilə toqquşub və zərbənin təsirindən minik maşını yoldan çıxaraq aşıb. Nəticədə minik maşının sürücüsü (kimliyi məlum deyil) və avtobusda olan sərnişinlərdən 5 nəfəri xəsarət alıb. Avtobusda olan sərnişinlərdən Elnarə Əsgərova, Nihad Əsgərov, Günel Quliyeva və Bünyad Məmmədovun xəsarəti ağır olduğundan, onlar xəstəxanaya aparılıb. Digər yaralılara isə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm