FHN Akademiyasında “Xocalıya ədalət!” - FOTO
Bizi izləyin

Qırmızı.az

FHN Akademiyasında “Xocalıya ədalət!” - FOTO

25 fevral 2015-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Xocalıya ədalət!” mövzusunda tədbir keçirilib.

Fövqəladə Hallar Nazirliyindən Publika.az-a verilən məlumata görə, tədbir iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Mərasimdə çıxış edən Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi general-mayor Pənah Süleymanov Xocalı soyqırımının Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri olduğunu bildirib. O, erməni hərbi birləşmələri tərəfindən Xocalıda xalqımıza qarşı etnik təmizləmə siyasətinin aparılmasını və dinc əhalinin qətlə yetirilməsində əli olan cinayətkarların öz layiqli cəzalarını alacaqlarına inandığını vurğulayıb.

Tədbirdə qeyd olunub ki, məhz ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra bu faciəyə hüquqi-siyasi qiymət verilib. Digər çıxış edənlər də erməni qəsbkarları tərəfindən törədilmiş və bəşəriyyət tarixində ən qanlı qətliamlardan biri sayılan Xocalı soyqırımı və onun ağır nəticələri barədə mərasim iştirakçılarına ətraflı məlumat veriblər. Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Məhv edilmiş şəhər, Xocalı” filmi nümayiş olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm