Qırmızı.az
Baş Prokurorluqda rəsmi görüş keçirilib
Bu gün Avropa Şurasının çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində öhdəliklərin icrasına nəzarət edən qurumu olan MONEYVAL Komitəsinin ölkəmizin bu sahədə IV raund dəyərləndirilməsi çərçivəsində Azərbaycanda səfərdə olan dəyərləndirmə missiyası ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində görüş keçirilib.
Publika.az xəbər verir ki, MONEYVAL Katibliyinin nümayəndələrindən, habelə Böyük Britaniya, Rumıniya, Xorvatiya və Makedoniyanın ekspertlərindən ibarət dəyərləndirmə missiyası ilə görüşdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və idarənin məsul əməkdaşları iştirak edib.
Tədbirdə Prezident cənab İlham Əliyevin siyasi iradəsinə müvafiq olaraq korrupsiyaya qarşı mübarizənin dövlət siyasətinin prioritet xəttini təşkil etməsi, bu istiqamətdə həyata keçirilən kompleks tədbirlər, ölkəmizin hüquq sistemi, idarənin fəaliyyəti və ona əməliyyat-axtarış səlahiyyətlərinin verilməsi, idarə ilə Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidmətinin qarşılıqlı əməkdaşlığı, habelə çirkli pulların yuyulması cinayətləri ilə əlaqədar idarədə ibtidai istintaqı aparılmış cinayət işləri barədə ətraflı məlumat verilib.
Görüşdə dəyərləndirmə missiyasının nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, bu sahədə mövcud olan çatışmazlıqlara dair səmərəli fikir mübadiləsi aparılmaqla onların aradan qaldırılması yolları müzakirə edilib.
Qonaqlara təqdim edilmiş Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işləri özündə əks etdirən bukletlər böyük maraqla qarşılanıb.
-
İqtisadi gündəm14:17
Azərbaycan əhalisi ərzağa bu qədər pul xərcləyir: Maaşdan yerdə nə qalır?
-
Səhiyyə13:51
Teymur Musayev əmr imzaladı - Bu uşaqlara...
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı