Qırmızı.az
Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının "Mühəndislik şöhrəti" ordeninə layiq görülüb
Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev Ukrayna Mühəndislik Akademiyasının ümumi iclasının qərarı ilə bu Akademiyanın akademiki seçilmiş və ali mükafatı - "Mühəndislik şöhrəti" ordeninə layiq görülmüşdür.
Publika.az AzərTAc-a istinadən xəbər verir ki, bu barədə
Azərbaycan Mühəndislik Akademiyasına Ukrayna Mühəndislik
Akademiyasından təbrik məktubu daxil olmuşdur. Məktubda deyilir:
"Biz Azərbaycan Mühəndislik Akademiyası ilə elmi və işgüzar
əlaqələri daim genişləndirir və dərinləşdiririk. Biz istedadlı
təşkilatçı, geniş təfəkkürə malik rəhbər, dünya şöhrətli alim,
nəcib insan kimi akademik Arif Paşayevin xidmətlərini yüksək
qiymətləndiririk.
Rəyasət heyətinin qərarı ilə Azərbaycan Mühəndislik Akademiyasının
akademiki Arif Paşayev elm və texnikanın inkişafına, beynəlxalq
əməkdaşlığın möhkəmlənməsinə böyük töhfələrinə görə Ukrayna
Mühəndislik Akademiyasının ali mükafatı - "Mühəndislik Şöhrəti"
ordeni ilə təltif edilmişdir.
Eyni zamanda, bildiririk ki, Ukrayna Mühəndislik Akademiyasının
ümumi yığıncağının qərarı ilə A.Paşayev onun həqiqi üzvü
(akademiki) seçilmişdir".
-
Sosial21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov