• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Pensiyalar artırıla bilər - DSMF sədrindən müjdə (YENİLƏNİB)

Pensiyalar artırıla bilər - DSMF sədrindən müjdə (YENİLƏNİB)

"Məzənnənin dəyişməsinin istehlak səbətinə hər hansı bir təsiri olacaqsa, istehlak qiymətləri indeksinin hər hansı bir dəyişməsi halı müşahidə olacaqsa, pensiya məbləğlərində nəzərə alınacaq və pensiya məbləğlərinin indeksləşdirilməsi yolu ilə bu, aradan qaldırılacaq".

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev məlumat verib.

Narahatlığa əsas olmadığını deyən E. Mehdiyev bildirib ki, sığorta-pensiya sistemi Azərbaycan qanunvericiliyinə uyğun olaraq, bir çox fiskal təzyiqlərdən qorunma mexanizminə malikdir.

“Bunlardan biri də hər il inflyasiya göstəricisinə uyğun olaraq pensiya məbləğlərinin indeksləşdirilməsi prosesidir. Prezident tərəfindən hər il bu barədə qərar qəbul olunur. DSMF isə avtomatlaşdırılmış sistemdə pensiyaların indeksləşdirməsini aparır. Cari ildə də ötən ilin inflyasiya səviyyəsinə uyğun olaraq pensiyaların indeksləşdirilməsi prosesini, eləcə də fərdi hesablarda sığorta kapitallarında indeksləşdirilməni aparmışıq. Bu mexanizm özlüyündə inflyasiyanın səviyyəsindən asılı olmayaraq, eləcə də istehlak qiymətləri indeksinin dəyişməsindən asılı olmayaraq, pensiya məbləğlərinin bazar iqtisadiyyatı şəraitində fiskal təsirlərindən qorunmasını ifadə edir”,- o deyib.

O bildirib ki, DSMF pensiyaçıların öz pensiyalarını bütün bankomatlardan ala bilmələri üçün iş aparır.

“DSMF bankomatlarda gərginliyin aradan qaldırılması üçün iki istiqamətdə iş aparır. Bunlardan biri banklara açıq tipli şəbəkənin yaradılması və onun vasitəsilə bir pensiya kartının digər banklardan istifadə etməklə istifadə imkanının yaradılmasıdır. İkinci istiqamət isə pensiyaçılara verdiyimiz çoxfunksiyalı plastik kartlardan istifadə edərək vəsaitləri nağd çıxarmaq yox, post-terminallardan istifadə edərək alış-veriş edilməsinə nail olmaqdır”.

E. Mehdiyev həmçinin bildirib ki, bu artıq Fondun müəyyənləşdirdiyi hədəflərdir. Proses nə zaman yekunlaşacaqsa, bu barədə əlavə məlumat veriləcək.

Gülxar

Xəbər lenti

DAHA ÇOX XƏBƏR