Qırmızı.az
“Khazar İslands”da Beynəlxalq Şahmat Mərkəzi yaradılır – FOTOLAR
“Avesta Concern” həyata keçirdiyi “Khazar İslands” layihəsi dövlət xadimləri və diplomatlar, sərmayəçilər və tikinti şirkətləri yanaşı müxtəlif qeyri-kommersiya qurumlarının da diqqətini cəlb etməkdə davam edir.
Publika.az-ın məlumatına görə, Xəzər sahillərində salınmaqda olan bu şəhərdə müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən də idman yarışlarının yeni ünvanı ola bilər.
İşgüzar məqsədlə Bakıya gələn Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov “Khazar İslands” layihənin həyata keçirildiyi ərazidə şəhər kompleksinin tikintisi ilə tanış olub.
“Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli ilə görüşən Beynəlxalq Şahmat Federasiyasının prezidenti Kirsan İlümjinov “Khazar İslands”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması təklifi ilə çıxış edib.
Hacı İbrahim Nehrəmli qeyd edib ki, prezident İlham Əliyev Azərbaycanda şahmatın inkişafına böyük diqqət göstərir və bu məqsədlə Dövlət Proqramı da qəbul edilib.
“Avesta Concern”in prezidenti “Khazar İslands”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılmasının prezident İlham Əliyevin Azərbaycanda şahmatın inkişafı siyasətinə dəstək ola biləcəyini bildirib və Mərkəzin yaradılması üçün əməkdaşlığa hazır olduğunu vurğulayıb.
Danışıqların sonunda “Khazar İslands”da Beynəlxalq Şahmat Mərkəzinin yaradılması ilə bağlı ilkin razılıq əldə edilib.
Qərara alınıb ki, Beynəlxalq Şahmat Federasiyası “Khazar İslands”da yaradılacaq Beynəlxalq Şahmat Mərkəzi ilə bağlı bir neçə layihə hazırlasın və “Avesta Concern”in nümayəndə heyəti ilə növbəti görüşdə təqdim edilsin.
Vasif Həsənli
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü