Bu yollarda tıxacdır
Bizi izləyin

Qırmızı.az

Bu yollarda tıxacdır

Hazırda paytaxtın bir sıra küçə və prospektlərində sıxlıq müşahidə edilir. Ən çox sıxlıq Bakı-Sumqayıt şossesindədir.

Bu barədə Publika.az-a Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilib ki, səhər saatlarından başlanan sıxlıq bir çox yollarda hələ də müşahidə edilir. Bakı-Sumqayıt yolundan şəhər istiqamətində tıxacdır. Orada hərəkət sürəti çox aşağıdır. Bu da avtovağzalın qarşısındakı yolda aparılan təmir işləri ilə əlaqədardır.

Bundan başqa, Binəqədi şosesi şəhər istiqamətində, Babək prospekti Günəşli qəsəbəsi istiqamətində sıxlıqdır. Tbilisi prospekti Nəqliyyat Nazirliyinin qarşısı, Mehdi Hüseyn, Şeyx Şamil küçələrində sıxlıqdır.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm