Qırmızı.az
FHN yanğın təhlükəsizliyi ilə bağlı tədbir keçirdi
Birinci Avropa Oyunlarının respublikamızda keçirilməsi
ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın
Nəzarəti Xidmətinin Aran Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin
təşkilatçılığı ilə Mingəçevir şəhərində “Mehmanxana və ictimai iaşə
müəssisələrinin yanğın təhlükəsizliyi” mövzusunda seminar
keçirilib.
FHN-dən AzərTAc-a bildiriblər ki, tədbirdə “Mehmanxanaların və
ictimai iaşə müəssisələrinin yanğın təhlükəsizliyinin təmin
olunmasında başlıca vəzifələr”, “Yanğından mühafizə və yanğınların
söndürülməsi zamanı obyektlərin üzərinə düşən vəzifələr” mövzusunda
mühazirələr dinlənilib, mədəniyyət və turizm obyektlərinin yanğın
təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması, aşkar edilmiş
nöqsanların vaxtında aradan qaldırılması istiqamətində Fövqəladə
Hallar Nazirliyinin həyata keçirdiyi işlər barədə məlumat
verilib.
Qeyd olunub ki, qarşıdan gələn böyük idman tədbirində yanğın
təhlükəsizliyinin etibarlı şəkildə təmin olunması üçün bütün zəruri
tədbirlər həyata keçirilir.
Seminarda “Mehmanxanalarda yanğın təhlükəsizliyi qaydaları” adlı
slayd nümayiş etdirilib, yanğın təhlükəsizliyi qaydalarını təbliğ
edən buklet və “Mehmanxanaların yanğın təhlükəsizliyi” adlı yaddaş
kitabçası paylanılıb.
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı