• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Azərbaycanla Serbiya arasında müdafiə sahəsində saziş imzalanıb - FOTOLAR

Azərbaycanla Serbiya arasında müdafiə sahəsində saziş imzalanıb - FOTOLAR

Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti fevralın 17-də Serbiya Respublikasına rəsmi səfər edib.

Azərbaycanın Serbiyadakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, Zakir Həsənov Serbiyanın müdafiə naziri Neboyşa Rodiç və Baş nazirin birinci müavini Aleksandar Vuçiç ilə görüşmüş, Serbiyanın Müdafiə Universitetində olub.

Görüşlərdə ikitərəfli əməkdaşlığın perspektivləri, beynəlxalq və regional təhlükəsizlik məsələləri barədə müzakirələr aparılıb.

Müdafiə nazirləri Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlığa dair Saziş imzalayıblar.

Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti Serbiya Müdafiə Nazirliyinin və Azərbaycanın Serbiyadakı səfirliyinin əməkdaşları ilə birlikdə Belqrad şəhərində Azərbaycan hökumətinin dəstəyi ilə təmir olunmuş “Taşmaydan parkı”na gələrək Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin, Serbiya xalqının görkəmli yazıçısı Milorad Paviçin, eləcədə 1999-cu ildə NATO bombardmanları zamanı həlak olmuş uşaqların xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyublar.

Səfər fevralın 18-də başa çatacaqdır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR