Cəlilabadda müəllim qışqırdı, şagird 2-ci mərtəbədən yıxıldı
Bizi izləyin

Qırmızı.az

Cəlilabadda müəllim qışqırdı, şagird 2-ci mərtəbədən yıxıldı

Azərbaycanda məktəblərdən birində dəhşətli hadisə baş verib.


ANS PRESS-ə daxil olan məlumata görə, fevralın 25-də Cəlilabad rayonunda 7 nömrəli orta məktəbdə 6-cı sinif şagirdi 2-ci mərtəbədən aşağı düşüb.

Belə ki, Ziya adlı sinif rəhbəri 12 yaşlı Əminə Əsədovanı təhqir edib. Qızın təhqir edilməsinə səbəb isə məktəbin dəhlizində bir oğlanın ondan siniflərinin yerini soruşması olub. Bunu görən sinif rəhbəri isə qızı təhdid edərək bildirib ki, sənin atana məktəbdə oğlanla söhbət etdiyini deyəcəm. Ə.Əsədova isə deyib ki, o sadəcə dərsin hansı otaqda keçiriləcəyini soruşub. Lakin müəllim qızı təhqir etməyə davam edib.

12 yaşlı qız isə pəncərəyə söykənərək ağlamağa başlayıb. Ziya müəllim qəfildən qızın üstünə qışqıraraq yerində oturmağı tələb edib. Səsdən diksinən Ə.Əsədova pəncərədən aşağı düşüb.

Qızı dərhal xəstəxanaya yerləşdiriblər. Ə.Əsədova 4 saata yaxın komada qalıb və onu təcili Bakıya göndəriblər. Qızın ayaqları, qolları, çənəsi sınıb, başından travma alıb.

Hadisə ilə bağlı məktəb direktoru heç bir açıqlama verməyib.

Mözunu diqqətdə saxlayacağıq...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm