• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tbilisi prospektində belə qəza görülmədi - VİDEO

Tbilisi prospektində belə qəza görülmədi - VİDEO

Avtosfer.az Bakıda baş vermiş daha bir yol qəzasının videosunu təqdim edir.

Yağışlı havda sürət həddini aşmağın təhlükəli tərəfini göstərən bu videodan da görünür ki, yol yaşdır, deməli, sürüşkəndir. Lakin ağ rəngli avtomobilin sürücüsü hava şəraitinə əhəmiyyət vermədən Tbilisi prospektində yüksək sürətlə hərəkət edir. Qəflətən qarşısına çıxan maneədən yayınmaq istəyərkən avtomobil yerində oynayır və bardürə çırpılaraq əks yola çıxır. Əks yolda hərəkət edən «Mersedes»lə toqquşma təhlükəsi olsa da, həmin avtomobilin sürücüsünün ayıqlığı nəticəsində qəzadan yayınmaq mümkün olur. Ağ rəngli avtomobil isə əks yoldakı bardürə dəyərək dayanır.

Avtosfer.az DİN-in «Təhlükəsiz şəhər» kameraları vasitəsilə qeydə alınan həmin qəzanın videosunu təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR