• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Aydın Əliyev: "Bəzi “iş adamları”nın süni qiymət artımına əl atması yolverilməzdir” - FOTO

Aydın Əliyev: "Bəzi “iş adamları”nın süni qiymət artımına əl atması yolverilməzdir” - FOTO

Fevralın 28-də Dövlət Gömrük Komitəsində (DGK) iş adamları ilə görüş keçirilib.

Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev iş adamları ilə görüşlərin ümumi işə faydasını, eləcə də gömrük xidməti və özəl sektor arasında işgüzar münasibətlərin dərinləşməsində yardımçı olduğunu qeyd edərək, bu ənənənin təməlinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu diqqətə çatdırıb.

DGK sədri A.Əliyev vurğulayıb ki, bu gün Azərbaycan iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi altında özünün davamlı inkişafını təmin edib, respublikamız regionda və bütün dünyada əhəmiyyəti artan ölkəyə çevrilib. Təbii ki, ölkə iqtisadiyyatının sürətli inkişafında onun təməl sütunlarından biri olan özəl sektorun da böyük rolu var.

Komitə sədri sahibkarlar və dövlət orqanları arasında qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə hər hansı problemin birgə həllində mühüm rol oynadığını qeyd edərək, eyni zamanda, sahibkarların təşkilatlanmasını və aidiyyəti məsələlərin həllində onların konstruktiv mövqedən çıxış etmələrini yüksək qiymətləndirib.

Komitə sədri qeyd edib ki, iş adamları ilə bugünkü görüşün dünyada baş verən maliyyə böhranı dövründə keçirilməsi təsadüfi deyil. O cümlədən, dünya bazarında neftin kəskin ucuzlaşması, eyni zamanda, Azərbaycanda milli valyutanın devalvasiyası ərəfəsində sahibkarlarla bu görüşün gerçəkləşməsi mühüm əhəmiyyət kəsb edir.

Mövcud şəraitdən yararlanmağa çalışan bəzi dırnaqarası iş adamlarının süni qiymət artımı ilə müşahidə olunan qeyri-konstruktiv fəaliyyətlərinin yolverilməz olduğunu diqqətə çatdiran Komitə sədri məhz bu amilin də əhali arasında müəyyən çaşqınlıq yaratdığını bildirib, keçirilən görüşün də əsas məqsədinin bu kimi neqativ halların aradan qaldırılması, mövcud problemlərin birgə həlli istiqamətində səylərin artırılmasına xidmət etdiyini vurğulayıb.

Sonra görüşdə çıxış edən Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının davamlı inkişafının təmin edildiyini, bu sahədə xarici iqtisadi fəaliyyət iştirakçılarının da rolunu yüksək qiymətləndirib. S.Mehdiyev son zamanlar dünyada baş verən maliyyə böhranının Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi ilə bağlı gömrük orqanlarının da həyata keçirdiyi kompleks tədbirlərdən ətraflı bəhs edib, o cümlədən idxal-ixrac əməliyyatları zamanı gömrük qiymətləndirilməsi ilə bağlı nəzərdə tutulan müəyyən güzəştlər barədə məlumat verib.

Görüşdə çıxış edən sahibkarlar ölkədə iqtisadi sabitliyin təmin olunması istiqamətində öhdələrinə düşən bütün vəzifələri bundan sonra da məsuliyyətlə yerinə yetirəcəklərini bildiriblər.

Sonra iş adamlarını maraqlandıran suallar ətraflı cavablandırılıb.

Görüşdə İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının

Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev də iştirak edib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR