• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mingəçevir Su Anbarına qayıqla daxil olan şəxs yaxalandı - FOTOLAR

Mingəçevir Su Anbarına qayıqla daxil olan şəxs yaxalandı - FOTOLAR

Mingəçevir su anbarının mühafizə xidməti əməliyyat keçirib.

Lent.az-ın məlumatına görə, fevralın 28-də saat 01:57 radələrində Xüsusi Riskli Xilasetmə xidmətinin N saylı hərbi hissəsinin Mingəçevir Su Anbarında mühafizə xidməti aparan mühafizəçi-operatorları müşahidə kameraları vasitəsilə su anbarının 1-ci və 2-ci mühafizə postlarının sahilə yaxın olan hissəsində naməlum şəxsin avarlı qayıqla qadağan olunmuş əraziyə daxil olduğunu müşahidə ediblər. Nəticədə mühafizə naryadı təlimata uyğun olaraq hadisə ilə əlaqədar növbətçi hissəni məlumatlandırıb.

Məlumatda bildirilir ki, xidmətin mühafizəçiləri qadağan olunmuş əraziyə daxil olan naməlum şəxsin digər (xəbərdarlıq) üsullarla saxlanılması mümkün olmadığından mühafizə naryadı adıçəkilən qayıq vasitəsini 1,5-2 km sahil boyu təqib edərək saxlamağa nail olub.

İlkin araşdırma zamanı müəyyən olunub ki, saxlanılan şəxs 1963-cü il təvəllüdlü Mingəçevir şəhər sakini Mustafayev Mübariz Aslan oğludur. O, qadağan olunan əraziyə daxil olmasını balıq ovu ilə izah edib. Saxlanılan şəxs müvafiq tədbirlərin görülməsi məqsədi ilə Mingəçevir şəhər Polis İdarəsinin əməkdaşlarına təhvil verilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR