Vaqif Dərgahlı: "Erməni tərəfinin yaydığı xəbər doğru deyil"
Bizi izləyin

Qırmızı.az

Vaqif Dərgahlı: "Erməni tərəfinin yaydığı xəbər doğru deyil"

Ermənistan tərəfinin yaydığı xəbərlər həqiqətə uyğun deyil.

Bunu ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi polkovnik Vaqif Dərgahlı bildirib.

O bildirib ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrinin guya Azərbaycan Silahlı Qüvvələrinin itkilər verdiyi barədə yaydığı məlumat həqiqətə uyğun deyil.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Qarabağda atışma zamanı 1979-cu il təvəllüdlü Artak Sedrakoviç Agekyan və 1995-ci il təvəllüdlü Ayk Qrioqoroviç Baroyan öldürülüb.

Qeyd edək ki, son aylar erməni hərbi birləşmələri Azərbaycan Ordsunun mövqelərinə kəşfiyyat-təxribat hücumları həyata keçirirlər. Əsgərlərimizin sayıqlığı nəticəsində düşmən itki verərək geri çəkilir. 2014-cü ildən bu yana Ermənistan silahlı qüvələri 100-dən çox itki verib. Ermənistan Müdafiə Nazirliyi isə itkilərini gizlətməyə çalışır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm