Azərbaycanda ali məktəb məzunlarının işi asanlaşdırıldı
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda ali məktəb məzunlarının işi asanlaşdırıldı

Azərbaycanda "Tələbə-məzun" elektron informasiya sisteminin məlumat bazasından arayışın əldə edilməsi xidməti "Elektron hökumət" portalına inteqrasiya ediləcək. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Xidmətdən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) elektron xidmətlər bölümündə istifadə etmək mümkün olacaq. Hazırda portalda TQDK-nın 6 xidmətindən yararlanmaq mümkündür.

Qeyd edək ki, "Tələbə-məzun" informasiya sistemi bazasına 2,4 milyondan çox nəfər barədə məlumat daxil edilib.

Məzunlar üzrə informasiya bazasının mövcudluğu işəgötürənlərin və Təhsil Nazirliyinin əməkdaşlarının müraciətlərin işlənməsi zamanı işini asanlaşdıracaq və saxta diplomlar problemini aradan qaldıracaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm