Bakı - Qazax yolu bağlandı - FOTO
Bizi izləyin

Qırmızı.az

Bakı - Qazax yolu bağlandı - FOTO

Bugün saat 17:00 radələrində Bakı-Qazax magistralının Şəmkir rayonu ərazisindən keçən hissəsində ağır tonnajlı yük avtomobili yolun hərəkət hissəsində aşıb.

Pulika.az Kəpəz TV-yə istinadan xəbər verir ki, ölən və xəsarət alan olmasa da avtomobilin yük hissəsində olan taxta materiallar yola tökülüb.

Bu səbəbdən də magistralda avtomobillərin hərəkətində problem yaranıb. Hazırda yol polisi əməkdaşları hərəkəti bərpa etmək üçün tədbirlər görürlər.

İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm