Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar - BİABIRÇILIQ
Bizi izləyin

Qırmızı.az

Bakıda azərbaycanlıları bu kafeyə buraxmırlar - BİABIRÇILIQ

Bakının mərkəzində - Tolstoy küçəsində yerləşən "Refresh" adlı "Pub-Kafe"yə azərbaycanlılar buraxılmır.

Bu barədə Arqument.Az-a jurnalist Pərviz Əzimov məlumat verib. O bildirib: "Şəhərdə "Refresh" adlı bir pub var. Dəfələrlə eşitmişdim ki, bu pub-a azərbaycanlıları buraxmırlar. Bu yaxınlarda tam dəqiqləşdirdim. Sən demə, dəqiq belə imiş. Kimliyindən, gender bərabərliyindən asılı olmayaraq azərbaycanlılara bu pub-a buraxılmır. Dress code olanda anlamaq olur ki, adamlar səviyyeni qorumaq istəyirlər. Ancaq umumi olaraq azərbaycanlıların (lap başqa millət olsun) Bakıda 1 pub-a buraxılmaması rasizmdir. Bir toplumun aşağılanmasıdır.

İkincisi, bu yazdığım vətənpərvərlik filan feyil, amma gəlin düşünək ki, Praqada bir pub var ve çexlər ora buraxılmır və ya Berlində almanlar pub-a buraxılmır. Bunu düşünə bilirsiniz? Rəsmən biabrçılıqdır. Ən azından ictimai qınaq yaratmaq lazımdır. Mən ora heç getməmişəm, getmək fikrində də deyiləm. Ancaq yenə də özümü alçaldılmış hesab edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm