Qırmızı.az
Həyat sığortasının inkişaf etdirilməsi planlaşdırılır
Qarşıdakı illərdə həyat sığortasının inkişafı üçün tədbirlərin görülməsi gözlənilir. Buraya istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta müqavilələrinin İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemi vasitəsilə bağlanması, eləcə də bu sığorta növünün daha geniş tətbiqi məqsədilə İSB-nin elektron informasiya sisteminin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə inteqrasiya edilməsi aiddir.
Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin şöbə rəisi
Mahir Abdullayev AZƏRTAC-a bildirib ki, bu, nazirlik tərəfindən
təsdiqlənən Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci
illərdə inkişafı üzrə Tədbirlər Planında nəzərdə tutulub.
Bundan başqa, qanunvericiliyə həyatın yığım sığortası
müqavilələri üzrə fiziki şəxslərin gəlir vergisinə və məcburi
dövlət sosial sığorta haqlarına tətbiq olunan güzəştlərlə bağlı
dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması
gözlənilir.
Sığorta sahəsində kadr potensialının gücləndirilməsi məqsədilə
zərərin hesablanması üçün peşəkar qiymətləndiricilərin hazırlanıb
sertifikatlaşdırılması, eləcə də kənd təsərrüfatı sığortası
sahəsində sığorta ekspertlərinin hazırlanıb sertifikatlaşdırılması
nəzərdə tutulub.
Kadr potensialının gücləndirilməsi məqsədilə Azərbaycan Sığortaçılar Assosiasiyası tərəfindən yaradılan Sığorta Tədris Mərkəzinə, eləcə də Azərbaycan Aktuarilar Assosiasiyasına aktuari təlim kurslarının həyata keçirilməsində təşkilati və maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub. Azərbaycan Sığortaçılar Assosiasiyası və Azərbaycan Risk Peşəkarları Assosiasiyası ilə birlikdə sığorta dərsliklərinin nəşri və təlim kurslarının təşkili də planlaşdırılır.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO