Qırmızı.az
Cəlilabadda torpaq sürüşdü
Cəlilabad rayonu Türkelli kəndində torpaq sürüşməsi baş verib.
Rayonun Fövqəladə Hallar Komissiyasının sədri Asif Əzizovun Publika.az-a verdiyi məlumata görə, yerində baxış keçirilməsi üçün əraziyə komissiya göndərilib:
“Rayonun həmin kəndi və onun ətrafı sürüşməyə meyilli zonalardır. Sonuncu dəfə yağan sulu qar sürüşməni bir az da aktivləşdirib. Dağ massivində sular torpağı yuyub, nəticədə sürüşmə baş verib. Bununla əlaqədar artıq Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinə məlumat verilib. Həmin nazirliklərdən artıq bizimlə əlaqə saxlanılıb, onlar əraziyə baş çəkib, baxış keçirəcəklər”.
A.Əzizovun sözlərinə görə, sürüşmə yalnız təbii proseslərlə bağlı deyil.
“Həmin ərazilər dağlıq sahə olduğuna görə, əkinə yararlı hesab edilmir. Əkin olmadığına görə, torpaq möhkəm deyil, sürüşməyə meyillidir. Bununla yanaşı, ərazidə ev tikintisi də aparılır. Lakin sürüşmə nəticəsində yaşayış sahələrinə ziyan dəyməyib. Ərazi nəzarətdə saxlanılır, sürüşmənin son durumu dəyərləndiriləcək. Sonra aidiyyəti qurumlara iş aparılması üçün məlumat veriləcək”.
Gülxar
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!