• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Erməni hərbçiləri belə məhv edildi – VİDEO

Erməni hərbçiləri belə məhv edildi – VİDEO

Ermənistan KİV-nin verdiyi məlumata görə, 28 fevral 2015-ci ildə işğal olunmuş Dağlıq Qarabağ ərazisində qoşunların təmas xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.

Trend düşmən hərbçilərinə qarşı həyata keçirilmiş həmin əməliyyatın görüntülərini əldə edib.

Əldə olunan kadrlardan görünür ki, Azərbaycan Silahlı Qüvvələrinin mövqeyindən eyni anda açılan atəş nəticəsində qarşı tərəfdə işğalçı ordunun hərəkət edən 2 hərbçisi öldürülür.

Qeyd edək ki, Ermənistan KİV-nin yaydığı məlumata görə, fevralın 28-də saat 14:25-də cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinin 2 hərbçisi – 1995-ci il təvəllüdlü Ayk Baroyan və 1979-cu il təvəllüdlü Artak Aqekyan Azərbaycan Ordusu tərəfindən açılan atəş nəticəsində ölüblər.

Trend oxuculara Azərbaycan Ordusunun Ermənistanın 2 hərbçisinin məhv edilməsi ilə nəticələnən həmin əməliyyatının görüntülərini təqdim edir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR