“Khazar İslands” layihəsinə iranlı iş adamlarını cəlb edilib – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Khazar İslands” layihəsinə iranlı iş adamlarını cəlb edilib – FOTOLAR

Azərbaycanda səfərdə olan İran İslam Respublikasının Ənzəli Azad Ticarət və Sənaye Zonası Təşkilatının İdarə Heyətinin sədri Rza Mənsurun başçılıq etdiyi və təşkilatın idarə heyətinin üzvü Məhəmmməd Cəfər Əlizadə, təşkilatın iqtisadiyyat və sərmayə məsələləri üzrə müavini Seyyid İbrahim Səqayi, təşkilatın sahibkarlar və sərmayədarlar birliyinin sədri Əsgər Amani, təşkilatın ümumi və beynəlxalq əlaqələr şöbəsinin rəisi Emin Üfiqi, təşkilatın ali müşaviri Kiyumers Fətullah Kermanşahi, Gilan əyalətinin Limanlar və Dənizçilik Təşkilatının sədri Seyid Əli Nəimi, həmin əyalətin Baş Gömrük İdarəinin rəisi Məhəmməd Şahbazifər, Xəzər Dənizi Gəmiçiliyi Təşkilatının İdarə heyətinin üzvü və icraçı direktoru Ələkbər Ğonci və “CASPİAN” şirkətinin icraçı direktoru Bəhram Nəzərinin daxil olduğu nümayəndə heyəti “Avesta Concern”in həyata keçirdiyi “Khazar İslands” layihəsi tanış olmaq üçün şəhər-kompleksin salındığı ərazidə olublar.

Publika.az-ın məlumatına görə, qonaqları qarşılayan “Avesta Concern”in prezidenti Hacı İbrahim Nehrəmli onları səmimiyyətlə salamlayıb və başçılıq etdiyi şirkətin həyata keçirdiyi bu nəhəng layihə haqqında ətraflı məlumat verib.

“Khazar İslands” layihəsi çərçivəsində həyata keçirilən işlərlə yaxından tanış olan qonaqlar görülən işləri yüksək qiymətləndiriblər.

“Avesta Concern”in prezidenti ilə danışıqlarda İran nümayəndə heyətinin üzvləri əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

İran şirkətləri əməkdaşlığa hazır olduqlarını deyən Hacı İbrahim Nehrəmli iki ölkə arasındakı münasibətlərin yüksək səviyyədə olmasını İran və Azərbaycan şirkətləri arasında əməkdaşlığa gözəl təməl hesab etdiyini qeyd edib.

“Khazar İslands” layihəsini isə əməkdaşlıq üçün çoxsaylı imkanlar yaratdığını vurğulayan “Avesta Concern”in prezidenti İranlı sərmayədarlar, inşaat şirkətləri və tikinti malları istehsalçıları ilə əlaqələrin yaradılmasının tam zamanı olduğunu bildirib.

İran nümayəndə heyətinin üzvləri də Azərbaycanın sürətlə inkişaf etdiyini və artıq dünya miqyaslı layihələr həyata keçirməsini məmnuniyyət hissi ilə müşahidə etdiklərini qeyd edərək, “Khazar İslands” kimi nəhəng layihəni həyata keçirdiyinə görə iş adamı Hacı İbrahim Nehrəmlini təbrik ediblər.

İran nümayəndə heyətini “Khazar İslands” layihəsinin həyata keçirildiyi şəhər-kompleks ərazisinə səfərdə İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin İqtisadiyyat və Ticarət Şöbələrinin rəhbərləri də müşayiət edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm