Saytlar daha çox hansı nöqsanlara yol verir? - Monitorinq
Bizi izləyin

Qırmızı.az

Saytlar daha çox hansı nöqsanlara yol verir? - Monitorinq

Dilçilik İnstitutu tərəfindən ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün apardığı monitorinqin birinci mərhələsi başa çatıb. Hazırda monitorinqin nəticələri təhlil edilir.

Bu barədə Publika.az-a Dilçilik İnstitutunun monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli məlumat verib.

Q.Məhərrəmli monitorinq zamanı ən çox rast gəlinən pozuntular barədə də məlumat verib:

“İlkin nəticələrə görə, saytlar alınma, mənası anlaşılmayan sözlərdən çox istifadə edir. Həmçinin xəbərlərdə söz sırası, fonetik norma pozulur, çoxlu üslub və məna səhvlərinə rast gəlinir. Qəzetlərdə materiallar redaktə olunsa da, bir çox saytlarda yazıların bu prosesdən kənarda qaldığı hiss olunur. Bu nöqsanlarda ciddi şəkildə özünü göstərir”.

Q.Məhərrəmli nəticələrin təhlil edildiyini və növbəti həftə ictimaiyyətə təqdim ediləcəyini dedi:

“Həmin tədbirə bütün saytların redaktorları dəvət olunacaq. Arzu edərdik ki, redaktorlar və reportyorlar bu tədbirdə iştirak etsin. Çünki bizim məqsədimiz kiminsə qüsurlarını göstərmək deyil. Monitorinqin əsas məqsədi dilimizin normalara uyğun tətbiqinə nail olmaqdır. Monitorinqin nəticələri ilə yanaşı, bəzi tövsiyələr də hazırlamışıq. Saytlarda problemlər aradan qaldırılana qədər monitorinq fasiləsiz davam edəcək”.

Şöbə müdiri gələcəkdə monitorinqə cəlb edilən saytların sayının artırılacağını da istisna etməyib:

“Monitorinq aparılan saytların sayının artırılmasını istərdik. Bizim monitorinqimiz xəbər və analitik materiallar verən saytlar üzərində aparılıb. Daha çox xəbər yönümlü materiallar monitorinqə cəlb edilib. Məqsəd xəbər dilinin inkişafını, problemlərini müəyyən etmək və nöqsanların aradan qaldırılması üçün görüləcək işləri aşkarlamaqdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm