Paraşütçü 2 min 700 metr hündürlükdə huşunu itirdi - VİDEO, FOTO
Bizi izləyin

Qırmızı.az

Paraşütçü 2 min 700 metr hündürlükdə huşunu itirdi - VİDEO, FOTO

3 min 500 metr hündürlükdən tullanan gənc paraşütü açılmamış huşunu itirib.

ANS PRESS-in məlumatına görə, hadisə Avstraliyada olub. Təyyarədən tullanandan bir neçə saniyə sonra Kristofer adlı paraşütçünün epileptik tutması başlayıb. Nəticədə o, 2 min 700 metr hündürlükdə paraşütü açmağı çatdırmadan huşunu itirib. 30 saniyə ərzində Kristofer havada huşsuz vəziyyətdə aşağı düşüb.

Paraşüt kursunun müəllimi Şeldon Mak Farleyn tələbəsinin havada arxası üstə çevrildiyini görüb və onun huşsuz olduğunu anlayıb. O, təyyarədən tullanıb və Kristoferi tutaraq onun paraşütünü açıb. 22 yaşlı gənc heç bir zədə almadan yerə enib.

Şeldon bildirib ki, paraşüt onsuz da bir müddət sonra avtomatik açılacaqdı. "Sadəcə olaraq mən ona kömək etmək istədim", - deyən müəllim bildirib ki, Kristofer üçün heç bir təcili yardım çağırılmayıb, onu evə anası aparıb.

Hadisə keçən il noyabrın 14-də baş versə də, videonu yalnız martın 1-də internetə yükləyiblər. 2 gün ərzində video 3 milyon 668 min dəfədən çox izlənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm