Bu yollardan keçməyin
Bizi izləyin

Qırmızı.az

Bu yollardan keçməyin

Bakının bəzi küçələrində tıxac var.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Publika.az-a verilən məlumata görə, hazırda 28 May küçəsində tıxac müşahidə olunur. Buna səbəb Dilarə Əliyeva küçəsinin təmirlə əlaqədar bağlanmasıdır. Sürücülərə alternativ yol kimi Ü. Hacıbəyov küçəsindən istifadə etmək tövsiyə olunur.

Bundan əlavə, Tbilisi prospektindən “20 Yanvar” dairəsi istiqamətində və A. Cəlilov küçəsində avtomobillərin hərəkətində sıxlıq müşahidə olunur. Sürücülərə alternativ olaraq Şəfayət Mehdiyev və Xocalı prospektindən istifadə etmək tövsiyə olunur.

Qeyd edək ki, Bakı-Sumqayıt şosesində təmir bitdiyindən bağlanmış hissə açılıb və artıq bu istiqamətdə tıxac qeydə alınmır.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm