Türkiyədə dözülməz şəraitdə yaşayan azərbaycanlı qadın üsyan etdi: “Uşaqlarıma kömək edin!”
Bizi izləyin

Qırmızı.az

Türkiyədə dözülməz şəraitdə yaşayan azərbaycanlı qadın üsyan etdi: “Uşaqlarıma kömək edin!”

Türkiyənin Kayseri vilayətində fiziki qüsurlu əri və iki uşağı ilə birlikdə yaşamaq uğrunda mübarizə aparan 34 yaşlı azərbaycanlı qadın - Validə Həsənova bütün dünyaya səslənib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Validə Həsənova Türkiyənin Kayseri vilayətinə 2010-cu ildə turist kimi gəlib. Burada 35 yaşlı Zəki Əjdər ilə tanış olan qadın onunla ailə qurub. Cütlüyün bu evlilikdən 3 yaşlı Zeyel Emin və 2 yaşlı Zeynəb adlı uşaqları var. Ərinin fiziki qüsurlu olması səbəbindən maddi problemlərdən əziyyət çəkən cütlük Zəki Əjdərin ailəsindən qalan köhnə evə sığınıb. Amma çətin qış günlərində güclü qar səbəbindən ağır günlər yaşayan ailə evlərini itirmək təhlükəsilə üz-üzə qalıb. Dağılmaqda olan evlə bərabər onların həyatları da təhlükə altındadır.

İmkanı olan xeyirxah şəxslərdən yardım istəyən Validə Həsənova yağmurlu günlərdə evini su basdığını deyir:

“Yağış yağanda evimizi su basır. Uşağın ayağını siçan dişləyib. Çıxılmaz vəziyyətdə qalmışam. Evin uşaqlarımın üstünə çökməsindən qorxuram. Öləndən sonra bizə əncam çəkəcəklər? Baş nazirimizdən, dövlət başçımızdan yardım istəyirəm. Uşaqlarım yazıqdırlar. Mən Azərbaycan vətəndaşı olaraq bu yaşananlardan utanıram. Xahiş edərəm, bizə kömək edin. Qurtarın bizi bu həyatdan!”

Evinin xarabaya döndüyünü deyən qadının sözlərinə görə, artıq uşaqlarını saxlamaq üçün isti bir yer tapa bilmir: “Yemək bişirəcək yerim yoxdur, mətbəxim su içindədir. Gecə yağışdan sonra tavan deşildi, uşaqların üstü islandı. Yalvarıram sizə, səsimi duyun, Allah xatirinə! Bir də uşaqlarımı təmiz yerdə böyütmək istəyirəm. Mənim də uşaqlarımın gələcəyi var. Bütün yardımsevən xeyirxah insanlara səslənirəm, mənim ailəmə sahib çıxın. Ərim də ağır xəstədir. Yağış yağanda uşaqlarımızın üstünə su tökülməsin deyə səhərə qədər növbə çəkirik”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm